Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri dənizdə terrorizmlə mübarizə kursunda iştirak edəcək

Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri bir sıra beynəlxalq tədbirlərdə iştirak edəcək.

Trend Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan-Türkiyə ikitərəfli əməkdaşlıq planına əsasən martın 31-dən aprelin 4-dək Marmaris şəhərində (Türkiyə) Dənizdə terrorizmlə mübarizə kursu, NATO ilə Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən martın 31-dən aprelin 4-dək Belqrad şəhərində (Serbiya) “NATO ilə 2014-cü il üzrə Hərbi Əməkdaşlığın Əlaqələndirilməsi” üzrə işçi görüş, Azərbaycan-ABŞ ikitərəfli iş planına əsasən martın 31-dən aprelin 4-dək Dublin (İrlandiya), Belqrad (Serbiya) və Stokholm (İsveç) şəhərlərində “Viking-14” kompüter dəstəkli komanda qərargah təlimi keçiriləcək.

Tədbirlərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri də iştirak edəcəklər

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO