Azərbaycan Rusiyaya qaz ixracını dayandırdı

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) təmir-tikinti işləri ilə əlaqədar olaraq Rusiyaya qaz ixracını müvəqqəti dayandırıb. Bunu çərşənbə günü Trend-ə ARDNŞ-nin Qaz İxrac İdarəsindən deyiblər.

Azərbaycan qazının Rusiyaya tədarükü 2009-cu il oktyabrın 14-də Bakıda ARDNŞ və “Qazprom” arasında Azərbaycan qazının alış-satışı haqqında imzalanmış müqavilə (prolonqasiya imkanı ilə) əsasında həyata keçirilir.

İdarədən qeyd ediblər ki, Rusiyaya qaz ixracı Bakı-Quba-Rusiya sərhədi avtomobil yolunun qalan sahəsinin tikintisi, həmçinin qaz nəqli infrastrukturunun özündə tikinti işləri ilə əlaqədar dayandırılıb.

Mənbə qazın verilişinin bərpa olunması vaxtını açıqlamayıb.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO