Azərbaycan Respublikasının qaçqın və məcburi köçkünlərinin hüquqlarının BMT və Avropa İttifaqı çərçivəsində müdafiəsi ilə bağlı tədbir keçirildi

Azərbaycan Respublikasının qaçqın və məcburi köçkünlərinin hüquqlarının BMT və Avropa İttifaqı çərçivəsində müdafiəsi ilə bağlı tədbir keçirildi
“Xəzər – Gələcək naminə Tərəfdaşlıq Beynəlxalq Hərəkatı” ictimai birliyi “Azərbaycan Respublikasının qaçqın və məcburi köçkünlərinin hüquqlarının BMT və Avropa İttifaqı çərçivəsində müdafiəsi” adlı layihəsi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2016-cı ildə keçirilən 2-ci qrant müsabiqəsinin qalibi olmuşdur.

Bu layihənin çərçivəsində “Azərbaycanlı qaçqın və məcburi köçkünlərin problemləri beynəlxalq təşkilatlar müstəvisində” adlı kitab nəşr olunmuşdur. Kitab müasir beynəlxalq hüquqda və müstəqil Azərbaycan Respublikasının hüququnda qaçqınların və məcburi köçkünlərin hüquqları institutunun formalaşması və inkişafı, bu sahədə normativ bazanın inkişaf etdirilməsi və təkmilləşdiril-məsinin araşdırılmasına həsr edilmişdir. Ölkəmizdə qaçqınların və məcburi köçkünlərin problemləri ətraflı şəkildə təhlil edilmişdir. Kitabın müəllifləri Rüstəm Məmmədov, Sima Süleymanlı və Xətai Abbasovdur.

Burada qaçqınların və məcburi köçkünlərin hüquqi vəziyyətinin struktur elementləri arasında münasibətləri, bütövlükdə onların hüquqi statusunu tənzimləyən normativ-hüquqi aktların yeni mas-sivinin yaradılması məsələsi xüsusi yer tutur.

Kitabda beynəlxalq təcrübədə və Azərbaycan Respublikasında qaçqınların və məcburi köç-künlərin hüquqi statusunun hüquqi tənzimlənməsinin ən mühüm aspektləri nəzərdən keçirilir. Burada məcburi miqrantların hüquqi statusunun təsbiti və realizəsi ilə bağlı həm ümumnəzəri məsələlər, həm də dövlət hakimiyyəti orqanlarının əməli addımları araşdırılır. Əsərdə tədqiqat predmetini qaçqınların və məcburi köçkünlərin problemlərinin həllində ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasınn Prezidenti İlham Əliyevin rolu göstərilmişdir.

28 oktyabr 2016-cı il tarixində Bakı Dövlət Universitetinin 1 saylı Tədris Binasında müəllim və tələbələr üçün “Xəzər – Gələcək naminə Tərəfdaşlıq Beynəlxalq Hərəkatı” ictimai birliyinin tədbiri keçirildi. Tədbir zamanı layihə çərçivəsində nəşr olunan “Azərbaycanlı qaçqın və məcburi köçkünlərin problemləri beynəlxalq təşkilatlar müstəvisində” adlı kitab haqqında məlumat verilmişdir. Tədbirdə Bakı Dövlət Universitetinin müəllimləri və kafedra müdirləri, tələbələr, qaçqınlar, məcburi köçkünlər və s. iştirak etmişdilər.

Tədbiri giriş sözü ilə Xətai Abbasov açmış, “Xəzər-Gələcək Naminə Tərəfdaşlıq Beynəlxalq Hərəkatı” İB-nin prezidenti, professor Rüstəm Məmmədov kitabın məziyyətləri haqqında ətraflı məlumat vermişdir.

Tədbirin iştirakçılarına kitab paylanaraq Azərbaycan Respublikasının qaçqınlarının və məcburi köçkünlərinin problemi Respublika daxilində və beynəlxalq aləmdə məsələsi müzakirə olunmuşdur.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO