Azərbaycan rəqəmsal TV-nin ehtiyat ötürücü şəbəkəsini yaradır

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Teleradio” İstehsalat Birliyi (İB) DVB-T standartlı rəqəmsal televiziya siqnalının dayanıqlığını təmin etmək üçün ehtiyat ötürürücü aparatların quraşdırılmasına başlayır. Bunu bazar ertəsi Trend-ə İB-dən deyiblər.

İB-dən qeyd ediblər ki, ilkin mərhələdə ehtiyat şəbəkə Bakıda yaradılacaq, sonra isə respublikanın regionlarını əhatə edəcək. Ehtiyat şəbəkə siqnalın zəif qəbul olunduğu yaşayış məntəqələrində rəqəmsal TV siqnalının dayanıqlığını təmin edəcək və əhatə dairəsini genişləndirəcək.

Ehtiyat şəbəkənin yaradılması üçün zəruri avadanlığın alınması nəzərdə tutulur. Paralel olaraq analoq siqnalının dayandırılması üzrə tədbirlər planı hazırlanır. Rəqəmsal yayım standartına tam keçidin ilin sonunadək baş tutacağı gözlənilir.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO