Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-ın dövlət katibi Con Kerri ilə görüşüb

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-ın dövlət katibi Con Kerri ilə görüşübAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 30-da Vaşinqtonda Amerika Birləşmiş Ştatlarının dövlət katibi Con Kerri ilə görüşüb.

Trend AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdən əvvəl dövlət katibi Con Kerri və Prezident İlham Əliyev mətbuata bəyanatlarla çıxış ediblər.

Görüşdə ABŞ-ın dövlət katibi Con Kerri Birləşmiş Ştatların Azərbaycan ilə güclü və uzunmüddətli əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlı olduğunu bildirdi. O, Azərbaycanda gedən iqtisadi islahatlar, iqtisadiyyatın şaxələndirilməsi proseslərinin ABŞ-da maraqla izlənildiyini vurğuladı.

Prezident İlham Əliyev Azərbaycanda iqtisadi sahədə görülən işlərdən, əsas iqtisadi prioritetlər-kənd təsərrüfatı, informasiya-kommunikasiya texnologiyaları, vergi və gömrük, infrastruktur sahələrində həyata keçirilən islahatlardan danışdı. Dövlətimizin başçısı iqtisadi inkişafın qanunvericilik proseslərində Azərbaycanın beynəlxalq təşkilatlar ilə sıx əməkdaşlıq etdiyini diqqətə çatdırdı.

Söhbət zamanı Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminində rolu qeyd edildi, ABŞ-ın bu işdə ölkəmizə verdiyi dəstək yüksək qiymətləndirildi, “Cənub Qaz Dəhlizi” layihəsinin önəmi vurğulandı.

Prezident İlham Əliyev dünyada neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, Azərbaycanda əsas iqtisadi parametrlərin qorunub saxlanıldığını və iqtisaiyyatın yaxşı vəziyyətdə olduğunu bildirdi. Dövlətimizin başçısı neftin qiymətinin düşməsi fonunda Azərbaycanda büdcə sistemenin möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atıldığını diqqətə çatdırdı.

Görüşdə ABŞ şirkətlərinin Azərbaycanda daha fəal iştirakının və onların ölkəmizə investisiya qoymasında qarşılıqlı marağın olduğu vurğulandı.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO