Azərbaycan Parlamentinin deputatları ATƏT PA-nın sədri ilə görüşüblər

Bu gün Milli Məclisdə Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ATƏT Parlament Assambleyasının sədri, İtaliya parlamentinin üzvü Rikardo Miqliori ilə görüşüblər. Trend-in məlumatına görə, bunu mətbuata açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev bildirib.

Görüşdə İtaliya-Azərbaycan parlamentlərarası əlaqələrinin perspektivi, Dağlıq Qarabağ problemi və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Görüşdə Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri, millət vəkili Azər Kərimli, qrupun üzvləri, millət vəkilləri Eldar İbrahimov, Q.Həsənquliyev və İlham Əliyev iştirak ediblər.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO