Azərbaycan KİV Turindəki iri media forumunda iştirak edib

Mətbuat dünyasının liderləri, o cümlədən Cənubi Qafqaz regionundan yalnız Trend İnformasiya Agentliyi və “Azernews” qəzeti Ümumdünya Redaktor Forumunda iştirak etmək üçün iyunun 9-11-də İtaliyanın Turin şəhərində toplaşıblar.

Belə irimiqyaslı tədbirdə Azərbaycan KİV-in iştirakı ölkə mediasının səviyyəsinin göstəricisidir.

Forumun əsas müzakirə mövzuları “Snouden işi”nin nəticələri və jurnalistikanı “Snouden erası”ndan qorumaq üçün lazımi tədbirlər, mobil bazar, qlobal jurnalistika məsələsi, qadın redaktorların yüksəliş və enişi, baş redaktorların artan rolu və s. məsələlər olub. Turində toplaşmış media nümayəndələrini narahat edən digər məsələ jurnalistlərə qarşı hücumlar olub.

Bütün bu məsələlər forumun yekunu olaraq dərc edilən “Nyusrumda tendensiyalar” hesabatında əksini tapıb. Hesabat xəbərlər dünyasında “ideya liderləri” olan “The Guardian” – Canin Gibson, “The New York Times” – Marqaret Sallivan, “Knight Foundation” – Mixail Manes, “Twitter” – Vivian Şiller və “National Media Group” – Cozef Odindo ilə müsahibə və dərin təhlili də əks etdirir.

Ümumdünya Redaktorlar Forumunun prezidenti Erik Bjeraqer deyib ki, hesabatda daimi və çox sürətli texnoloji dəyişiklər fonunda xəbərlərin təkamülündən danışılır: “Rəqəmsal texnologiyalar sahəsində amansız uğurlar bundan sonra da xəbərlərin bəhsini müəyyənləşdirəcək”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO