Azərbaycan Ermənistandan təzminatın ödənilməsini tələb edə bilər


Azərbaycan Ermənistandan təzminatın ödənilməsini tələb edə bilər

Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti nəticəsində dəyən ziyanın həcmi 300 milyard dollarla ölçülür. Trend xəbər verir ki, bunu Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Cəbrayıl rayonunun Ermənistan tərəfindən işğal olunmasının 20-ci ildönümü ilə bağlı keçirilən anım tədbirindəki çıxışında bildirib.

Ə.Həsənovun sözlərinə görə, işğal zamanı Azərbaycana dəyən ziyanın hesablanması prosesinə bu sahədə ixtisaslaşmış beynəlxalq təşkilatlarla yanaşı, Rusiyadan olan hesablama qurumları da cəlb olunub.

Baş nazirin müavini qeyd edib ki, əgər Ermənistan qeyri-konstruktiv mövqeyindən geri çəkilməsə, Azərbaycan bunu təzminat formasında ödənilməsini tələb edəcək: “Bu günə qədər Azərbaycan tərəfindən qaçqın və məcburi köçkünlərin sayı 1 milyon qeyd olunurdusa, bundan sonra bu rəqəm 1 milyon 200 min kimi göstəriləcək. Bu düzəliş Azərbaycanda əhalinin təbii artımına əsaslanır”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO