Azərbaycan beynəlxalq pul köçürmələri tariflərini azaldacaq

“Azərpoçt” MMC STEFI (Secured Transfer of Electronic Financial Information) sistemi üzrə göstərilən pul köçürmələri xidməti tariflərinin azaldılması məsələsinə baxır. Bu barədə çərşənbə günü Trend-ə MMC-dən deyiblər.

Bu məsələ iyunun 11-12-də Qazaxıstanda keçirilən Poçt-maliyyə xidmətləri və elektron pul köçürmələri üzrə regional konfrans çərçivəsində nəzərdən keçirilir.

Azərbaycan, həmçinin STEFI sistemi bazasında yeni xidmətlərin tətbiqi imkanlarını nəzərdən keçirir. Hazırda Azərbaycanın poçt operatoru STEFI sistemi üzrə Ukrayna, Belarus, Moldova, Rusiya, Qazaxıstan və BƏƏ-yə təcili pul köçürmələrini təklif edir. Xidmət yaxın vaxtlarda Qırğızıstan üzrə də tətbiq ediləcək.

Azərbaycan poçtu üçün əsas üstünlük STEFI üzrə tranzaksiyalar çərçivəsində əldə edilən gəlirlərin MMC-nin sərəncamında qalmasıdır.

STEFI sistemi beynəlxalq poçt köçürmələrinin kağız mübadiləsindən elektron mübadiləsinə keçməyə imkan verir.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO