Azərbaycan-Argentina ikitərəfli münasibətləri zəngin gündəliyə malikdir

Azərbaycan-Argentina ikitərəfli münasibətləri zəngin gündəliyə malikdirAzərbaycanın Argentinadakı müvəqqəti işlər vəkili Rəşad Aslanov aprelin 29-da Argentinanın xarici işlər və etiqad naziri Susana Malkorra ilə görüşüb.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüş zamanı Azərbaycan və Argentina arasında ikitərəfli münasibətlərin müxtəlif aspektləri müzakirə olunub.

İki ölkə arasında ikitərəfli münasibətlərin zəngin gündəliyə malik olduğu qeyd olunaraq, ölkələrimizin bu münasibətləri daha da inkişaf etdirmək potensialında olduğu söylənilib. Görüş zamanı iki ölkə arasında qarşılıqlı səfərlərin mühümlüyü vurğulanıb, əlaqələrin inkişaf etdirilməsində, o cümlədən iki ölkə arasında müqavilə-hüquq bazasının genişləndirilməsində hər iki maraqlı olduğu qeyd olunub.

Ermənistan-Azərbaycan münaqişəsi, habelə ölkəmizin yerləşdiyi regionda baş verən hadisələr və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi və müzakirələr aparılıb.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO