Avropalı deputat: Ermənistan ordusunun Azərbaycanın işğal altındakı ərazilərindən çıxarılmaması başa düşülən deyil

Avropalı deputat: Ermənistan ordusunun Azərbaycanın işğal altındakı ərazilərindən çıxarılmaması başa düşülən deyil

“BMT Təhlükəsizlik Şurasının qərarları beynəlxalq hüquq tərəfindən tənzimlənir. Ermənistan ordusunun Azərbaycanın işğal altındakı ərazilərindən çıxarılmasının təmin edilməsinə dair 20 illik bir tələbin bu günədək hansı səbəbə icra olunmaması başa düşülən deyil. Bundan başqa, ATƏT-in təşəbbüsü ilə başlanılan danışıqlar dəfələrlə dayandırılıb”.
Trend-in məlumatına görə, bu barədə Avropa Parlamentinin üzvü Korina Kretu Avropa Azərbaycan Cəmyyətinin (AAC) Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair sorğusuna cavabında deyib.
Millət vəkili bəyan edib ki, erməni xalqı öz gələcəyini beynəlxalq hüquq çərçivəsində qanuni şəkildə qurmalıdır: “Bu, hər şeydən əvvəl, öz torpaqlarını tərk etməyə məhkum olmuş və bu günə qədər geri qayıtmağını gözləyən məcburi köçkünlərə də aiddir. Azərbaycanın ərazi bütövlüyü tamamilə bərpa edilməlidir. Azərbaycan haqlı olaraq bu hüququnu tələb edir”.
K.Kretu deyib ki, Avropa İttifaqının (Aİ) Genişləndirilməsi məsələləri üzrə komissarı Ştefan Füle bu ilin mayında Bakıda bəyan edib ki, Aİ “Şərq Tərəfdaşığı”ndan əlavə, Azərbaycanla əlaqələrini daha da gücləndirməkdə maraqlıdır: “Azərbaycan-Avropa əməkdaşlığının gələcək perspektivləri çox ümidvericidir və hər iki tərəf bu fürsətdən cəsarətlə istifadə etməlidir. Bunun baş verməsi üçün Cənubu Qafqazda daim sabitlik və təhlükəsizlik hökm sürməlidir. Odur ki, Dağlıq Qarabağ məsələsi birdəfəlik öz həllini tapmalıdır”.
Avropa Parlamentinin üzvü qeyd edib ki, Avropanın Cənubi Qafqazdakı maraqları sülh və təhlükəsizlik siyasətindən ibarətdir: “Bu məsələdə Avropa İttifaqı strukturlarının baxışları eynidir. Odur ki, üzvlük sazişlərinə dair danışıqlar aparılır. Ştefan Füle Bakıda deyib ki, “Şərq Tərəfdaşlığı” Azərbaycan və Avropa xalqları arasındakı əlaqələri gücləndirməlidir. Bunun üçün sabit siyasi mühit zəruri şərtdir. Lakin Dağlıq Qarabağ münaqişəsi bunun tam əksini göstərir. Bu münaqişə yüksək gərginlik potensialı yaradır. Bu baxımdan Aİ sülh danışıqlarındakı rolunu hər zaman olduğundan daha çox dərk etməlidir”

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO