Avropa Məhkəməsi Azərbaycanla bağlı daha bir qərarını açıqlayıb

Avropa Məhkəməsi Azərbaycanla bağlı daha bir qərarını açıqlayıb İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Zahid Məmmədov və bir qrup digər Azərbaycan vətəndaşının şikayəti barədə qərar çıxarıb. Avropa Məhkəməsinin saytına istinadən verdiyi məlumata görə, daha öncə Z.Məmmədov və digər şikayətçilər mülkiyyət hüquqlarının pozulmasından şikayət ediblər.

Onlar məcburi köçkünlər tərəfindən zəbt edilən mənzillərinin boşaldılması barədə əvvəlki məhkəmə instansiyasının qərarının icra edilməməsindən şikayət ediblər. Bu şikayətə baxan məhkəmə İnsan hüquqları və əsas azadlıqlar haqqında Avropa Konvensiyanın ədalətli məhkəmə, habelə mülkiyyət toxunulmazlığı hüququnun pozulduğu qənaətinə gəlib.

Qeyd olunub ki, hüququ pozulan şəxslərin hüquqları bərpa edilməlidir. Qərarda habelə bildirilir ki, şikayətçilərin mənzilləri hazırda Ermənistan silahlı qüvvələrinin işğalı altında olan regiondan olan məcburi köçkünlər tərəfindən tutulub.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO