ATƏT sədri Minsk qrupu həmsədrlərinin bəyanatını alqışlayıb

ATƏT-in fəaliyyətdə olan sədri, İsveçrənin xarici işlər naziri Didye Burkhalter ATƏT-in Minsk qrupunun həmsədrlərinin Azərbaycan və Ermənistan arasında atəşkəs rejimi haqqında sazişin imzalanmasının 20-cü ildönümü ilə əlaqədar bəyanatını alqışlayıb.

Trend-in ATƏT-in rəsmi saytına istinadən verdiyi məlumata görə, D.Burkhalter münaqişənin nizamlanması üçün göstərdiyi səylərə görə həmsədrlərə və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşikə minnətdarlığını bildirib.

O, qeyd edib ki, 1994-cü ildə imzalanmış saziş Cənubi Qafqazda yaşayan insanların gündəlik həyatına mənfi təsir edən müharibəyə son qoyub: “Qoşunların təmas xəttində ara-sıra zorakılıq halları qeydə alınır. Münaqişənin həlli yolu isə hələ ki tapılmayıb”.

ATƏT sədri, həmçinin həmsədrlərin Ermənistan və Azərbaycan vətəndaşlarına sülhə doğru zəruri addımların atılmasının vacibliyi ilə bağlı müraciətinə qoşulduğunu deyib: “İsveçrə ATƏT-in sədri kimi Minsk qrupuna vasitəçilik missiyasında daim dəstək verir”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO