“Astara ” ES istismar dövründə 2,6 milyard kVt/s-a yaxın elektrik enerjisi istehsal edib

İşə başladığı dövrdən (2006-cı il) 2014-cü il martın 1-dək Azərbaycanın cənub bölgəsinin fasiləsiz elektrik enerjisi ilə təminatında mühüm rol oynayan “Astara” elektrik stansiyası 2,6 milyard kilovat-saata yaxın elektrik enerjisi istehsal edib. Bu barədə Trend-ə “Azərenerji” ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, stansiya bu ilin yanvar-fevral aylarında 43,5 milyon kilovat-saat elektrik enerjisi istehsal edib. Ötən il bu rəqəm 259,1 milyon kilovat-saat olub.

Qeyd edək ki, “Astara” elektrik stansiyasının ümumi gücü 87 MVt təşkil edir.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO