Asiya İnkişaf Bankı bu il Azərbaycanda avtomobil yollarının tikintisinə daha 150 milyon dollar ayıracaq

Asiya İnkişaf Bankı (AİB) 2014-cü ildə Azərbaycanda yol tikintisi üçün yeni multitranşlı maliyyələşdirmə (MFF) çərçivəsində ikinci kredit (Second Road Network Development Investment Program – Yol şəbəkəsinin inkişafı üçün ikinci investisiya proqramı) təqdim edəcək. Trend-in məlumatına görə, bu barədə bankın saytında dərc edilmiş 2014-2016-cı illərdə AİB-in Azərbaycanda əməliyyatlar üzrə biznes planında deyilir.

Sənəddə bildirilir ki, bank bu məqsədlər üçün 150 milyon dollar təqdim etmək niyyətindədir, halbuki əvvəlcə 120 milyon dollar ayrılması nəzərdə tutulmuşdu. Yeni yol layihəsinin ümumi dəyəri 200 milyon dollar təşkil edir. Bundan 50 milyon dollar Azərbaycanın layihədə iştirakının payına düşür.

Qeyd edək ki, avtomobil yollarının tikintisi üzrə ikinci multitranş zərfi 2012-ci ilin noyabr ayında 500 milyon dollar həcmində təsdiq edilmişdi.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO