AŞ PA prezidenti: Parlament diplomatiyası Dağlıq Qarabağ münaqişəsi tərəflərinin mövqelərinin yaxınlaşmasına kömək edə bilər

AŞ PA prezidenti: Parlament diplomatiyası Dağlıq Qarabağ münaqişəsi tərəflərinin mövqelərinin yaxınlaşmasına kömək edə bilərAvropa Şurasının bilavasitə mandatının olmamasına baxmayaraq, parlament diplomatiyası Dağlıq Qarabağ münaqişəsi tərəflərinin mövqelərinin yaxınlaşmasına kömək edə bilər.

Trend-in məlumatına görə, bunu Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Pedro Aqramunt Strasburqda AŞ PA-nın yaz sessiyasında deyib.

Onun sözlərinə görə, qoşunların təmas xəttində bu yaxınlardakı eskalasiya çoxsaylı qurbanlara, o cümlədən, mülki əhali arasında qurbanlara səbəb oldu.

P.Aqramunt qeyd edib ki, 47 üzv ölkənin ərazi bütövlüyünə riayət edilməlidir: “Mən zorakılığı pisləyirəm, biz bu məsələdə maksimum ehtiyatlı olmalıyıq və artıq hücumlardan çəkinməliyik”.

O əlavə edib ki, hər iki tərəf deeskalasiyanı təmin etməli və güc tətbiqini dayandırmalıdır: “Beynəlxalq hüquq münaqişənin sülh yolu ilə nizamlanması üçün hüquqi zəmin verir və Ermənistanla Azərbaycan beynəlxaq hüquq qarşısında öhdəliklərinə əməl etməlidirlər və münaqişənin sülh yolu ilə nizamlanmasına nail olmalıdırlar”.

AŞ PA prezidenti diqqətə çatdırıb ki, bu məsələ gündəliyimdə birinci dərəcəli məsələ olaraq qalır.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO