“Arianespace ” Azərbaycanın ikinci peykini orbitə çıxaracaq

"Arianespace" Azərbaycanın ikinci peykini orbitə çıxaracaqFransanın “Arianespace” şirkəti Azərbaycanın “Azerspace-2/Intelsat 38” telekommunikasiya peykinin orbitə çıxarılması ilə məşğul olacaq.

Trend-in məlumatına görə, bunu rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə Bakıda “BakuTel-2015” sərgisinin açılışına həsr edilmiş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, şirkət “Azərkosmos” ASC-nin ll telekommunikasiya peykinin orbitə çıxarılması üzrə tenderin qalibi olub: ” Arianespace” Azərbaycanın I peykini də orbitə çıxarmışdı. “Azərkosmos”un bu şirkətlə növbəti müqavilə imzalayacağını gözləyirik”.

Qeyd edək ki, “Azerspace-2/Intelsat 38″in 2017-ci ildə orbitə buraxılması gözlənilir.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO