AR-sı Prezidenti İlham Əliyev “Diplomatik xidmət haqqında” qanuna dəyişikliklər edilməsi barədə qanunu təsdiqləyib.

Azərbaycan Prezidenti İlham Əliyev “Diplomatik xidmət haqqında” qanuna dəyişikliklər edilməsi barədə qanunu təsdiqləyib. APA-nın məlumatına görə, qanun layihəsi Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərində səfir müavini vəzifəsinin yaradılmasını, səfir müavininin statusunun baş konsulun statusu ilə eyniləşdirilməsini nəzərdə tutur.

Səfir müavini, daimi nümayəndənin müavini və baş konsul təyin edilmiş şəxslər üçün xaricdə fasiləsiz iş müddəti 4 il müəyyənləşdirilir.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO