Ankarada Xocalı soyqırımına həsr olunmuş konfrans keçirilib

Xocalı soyqırımının 21-ci ildönümü münasibətilə Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı səfirliyinin təşkil etdiyi silsilə tədbirlər çərçivəsində cari ilin 25 fevral tarixində Ankarada Türk Hava Qurumu Universitetində geniş tərkibli konfrans həyata keçirilmişdir. Bu barədə Trend-ə Azərbaycanın Türkiyədəki səfirliyindən məlumat verilib.

Tədbirdə, AR Prezidenti Administrasiyası İctimai Siyasi Məsələlər Şöbəsinin Müdiri Əli Həsənov, TR Mədəniyyət və Turizm Nazirinin müavini Abdurrahman Arıcı, Türkiyə Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Necdet Ünüvar başda olmaqla çox sayda Türkiyəli millət vəkili, AR MM-nin üzvləri Qənirə Paşayeva və Musa Qasımlı, TR Konstitusiya Məhkəməsinin üzvləri, TÜRKSOY-un Baş Katibi Düsen Kaseinov, TR sabiq Səhiyyə Naziri Halil Şıvqın, Ankaranın Etimesqut Bələdiyyəsinin başçısı Ənvər Dəmirəl, Türk Hava Qurumu Universitetinin professor müəllim heyəti ilə yanaşı çox sayda tələbələri, diaspor və ictimaiyyət nümayəndələri, Ankarada təhsil alan tələbələrimiz və çox sayda KİV nümayəndələri iştirak etmişlər.

Konfrans şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsinin ardından Azərbaycan və Türkiyə himnlərinin oxunması ilə başlamışdır. Daha sonra Xocalı soyqırımı ilə bağlı Heydər Əliyev Fondu tərəfindən türk dilində hazırlanmış müfəssəl sənədli film tədbir iştirakçılarına nümayiş etdirilmişdir.

Ardından Türk Hava Qurumu Universitetinin Rektoru Prof. Dr. Ünsal Ban açılış nitqini həyata keçirərək Xocalı soyqırımı ilə bağlı geniş şəkildə çıxış etmişdir. Daha sonra çıxış üçün söz sırası ilə, AR Prezidenti Administrasiyası İctimai Siyasi Məsələlər Şöbəsinin Müdiri Əli Həsənov, TR Mədəniyyət və Turizm Nazirinin müavini Abdurrahman Arıcı, millət vəkili Qənirə Paşayeva, Səfir Faiq Bağırov və Türkiyə Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Necdet Ünüvara verilmişdir. Natiqlər öz çıxışlarında Xocalı soyqırımı və ümumiyyətlə ermənilərin xalqımıza qarşı tarix boyu törətdikləri vəhşiliklərdən geniş şəkildə bəhs etmişlər.

Çıxışların ardından, Necdet Ünüvarın idarəçiliyində, Əli Həsənov, Qənirə Paşayeva, AMEA-dan Rəna Mirzəzadə, Abdurrahman Arıcı, Türkiyə millət vəkili Tülay Selamoğlu, Aviasiya Akademiyasından Aydın Kazımov, millət vəkili Musa Qasımlı və Çingiz Bayramovun çıxış etdikləri Xocalı soyqırımı ilə bağlı elmi-siyasi panel öz işinə başlamışdır.

Panel çərçivəsində Türk Hava Qurumu Universitetinin tələbələrinə də söz verilmiş, Suriyalı və Ukraynalı iki xarici tələbənin Xocalı Soyqırımı ilə bağlı şərhləri bütün tədbir iştirakçılarını duyğulandırmışdır.

Panelin ardından Xocalı Soyqırımı ilə bağlı təşkil olunmuş foto-sərgi açıq elan edilmiş, sərginin gəzilməsinin ardından tədbir başa çatmışdır.

Tədbir zamanı konfrans iştirakçılarına Xocalı soyqırımı ilə bağlı əyani təbliğat materialları və İrs-Miras jurnalı təqdim olunmuş, “Xocalıya ədalət” seynəlxalq imza kampaniyası çərçivəsində iştirakçılardan imza toplanmışdır.

Səfirliyin təşəbbüsü ilə Türkiyədə keçən ildən etibarən nəşr olunmağa başlayan “İrs-Miras” jurnalının bu ilki Bahar nömrəsində Xocalı soyqırımına və ümumiyyətlə ermənilərin soyqırım siyasətinə geniş yer ayrılmışdır.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO