ANAMA Humanitar Minatəmizləmə üzrə beynəlxalq simpoziumda iştirak edəcək

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) Xorvatiyada keçiriləcək beynəlxalq simpoziumda iştirak edəcək.
ANAMA-nın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, aprelin 23-25-də agentliyin əməliyyatlar üzrə meneceri Samir Poladov Xorvatiyanın Sibenik şəhərində keçirilən Humanitar Minatəmizləmə və Avadanlıq Sərgisi üzrə 10-cu beynəlxalq simpoziumda iştirak edəcək.
Qeyd edək ki, tədbir Xorvatiyanın Mina Aksiya Mərkəzi (CROMAC) tərəfindən keçirilir.
Tədbirdə bir sıra şirkətlər tərəfindən müasir texnologiyalar – minatəmizləmə maşınları, metal detektorlar, müxtəlif sensorlar və yeni təchizatlar təqdim olunacaq. Həmçinin təqdim edilən texnologiyaların çöl şəraitində sınaqları keçiriləcək.

Simpoziumda mina təhlükəsi, humanitar minatəmizləmə sahəsində hərbi və mülki təşkilatların təcrübəsi, humanitar minatəmizləmədə yeni texnologiyalar, mina qurbanlarına yardım fondlarının fəaliyyəti, yeni texnologiyaların testləri və təlimlər barədə məlumatlar təqdim ediləcək.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO