Baharın gəlişi havaları isitməklə yanaşı, bir sıra xəstəliklərin fəallaşması üçün də əlverişli şərait yaradır. Günlərin uzanması, gecələrin qısalması, və daimi yuxu saatlarının dəyişilməsi insan orqanizmində hormonal balansın dəyişilməsinə səbəb olur.
Allergiya insanların yazda qarşılaşdığı xəstəliklər arasında ilk yerlərdən birini tutur. Hətta, alimlər 21-ci əsri “allergiya əsri” adlandırırlar. Tibb allergiyanın qarşısını almaq üçün müxtəlif yollarını təklif edir.
Daha ətraflı AZERNEWS onlayn qəzetinin 17 Aprel çap buraxılışında oxuya bilərsiniz.
Yeni sayda həmçinin, Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası, Azərbaycanın yeni naviqasiya xəritəsi, ölkədə turizm və otel biznesinin inkişafı və digər maraqlı məqalələrlə tanış ola bilərsiniz.
Oxucular həmçinin AZERNEWS qəzetinin həftəlik köşə yazarı Skot Fenvikdən bədəni formada saxlamaq üçün Zumba rəqsinin faydaları barəsində məlumatlar əldə edə bilərlər.
“AZERNEWS” Ümumdünya Qəzet və Qəzet Naşirləri Assosiasiyasının (WAN-IFRA) assosiativ üzvüdür.