Albaniya prezidenti Azərbaycana gəlir

Albaniya prezidenti Azərbaycana gəlirAlbaniyanın Prezidenti Azərbaycana gəlir.

Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilir ki, Albaniyanın prezidenti Buyar Nişani 10-11 mart tarixində Bakı şəhərində keçiriləcək IV Qlobal Bakı Forumunda iştirak etmək üçün Azərbaycana səfər edəcək.

Qeyd edək ki, Forum Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı, həmçinin, Madrid Klubu, İnter-Action Council, İsgəndəriyyə Kitabxanası kimi beynəlxalq təşkilatların tərəfdaşlığı ilə keçiriləcək.

“Çoxqütblü dünyaya doğru” mövzusuna həsr olunan Forum çərçivəsində ümumilikdə dünyanı narahat bir sıra mühüm məsələlər, həmçinin münaqişələrin qarşısının alınmasında dinlərarası dialoqun rolu, miqrasiya, multikulturalizm və inteqrasiya məsələləri, qlobal təhlükəsizliyin təmin olunmasında radikallaşma və miqrasiya amillərinin rolu, enerji və qlobal idarəçiliyin gələcək perspektivləri və digər mühüm məsələlər müzakirə ediləcək, o cümlədən bu problemlərin həlli yollarının tapılması istiqamətində fikir mübadiləsi aparılacaq.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO