AKP: Türkiyə-Ermənistan münasibətləri yalnız Azərbaycan torpaqlarının azad olunmasından sonra bərpa edilə bilər

Türkiyə-Ermənistan münasibətləri yalnız Azərbaycan torpaqlarının azad olunmasından sonra bərpa edilə bilər. Trend-in məlumatına görə, bunu hakim Ədalət və İnkişaf Partiyası (AKP) rəhbərinin müavini Mehmet Əli Şahin “TRT Haber” telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, Türkiyə bunu dəfələrlə bəyan edib.

Mehmet Əli Şahin deyib: “Baş nazir Ərdoğan özünün bütün bəyanatlarında bildirib ki, yalnız Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsindən sonra münasibətlərin normallaşması və Türkiyə-Ermənistan sərhədinin açılması barədə söhbət gedə bilər”.

Xatrıladaq ki, Ermənistan hər il aprelin 24-də qondarma “erməni soyqırımı”nı qeyd edir. Ermənistan və erməni lobbisi bəyan edir ki, Türkiyənin sələfi olan Osmanlı İmperiyası 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım törədib. Erməni təbliğatının təzyiqi ilə bir sıra ölkələrin parlamentləri qondarma “soyqırım”ı tanıyıblar.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO