Akif Əlizadə: “Biz talantlı gənc doktorantları axtarırıq “

“Biz talantlı gənc doktorantları axtarırıq”. Trend-in məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə gənc doktorantların AMEA institutlarında işlə təmin olunması məsələsinə münasibət bildirərkən deyib.

A.Əlizadə bildirib: “Əgər kimin talantı varsa, gəlsin və biz də onu işlə təmin edək. Çalışsınlar ki, fəaliyyət göstərdikləri istiqamətdə püxtələşsinlər”.

AMEA rəhbəri vurğulayıb ki, gənc doktorantların işlə təmin olunması problem deyil: “Akademiya üçün talant axtarırıq. Talantlı doktorantlar institutlara, Rəyasət Heyətinə, öz elmi rəhbərinə müraciət etsinlər”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]manrights-jwg.org

1905.az STUDIO