Aİ və Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında yeni saziş məsələsi hələ müzakirə mərhələsindədir

Aİ və Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında yeni saziş məsələsi hələ müzakirə mərhələsindədirAvropa İttifaqı (Aİ) və Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında yeni saziş məsələsi hələ müzakirə mərhələsindədir.

Trend-in məlumatına görə, bunu Bakıda jurnalistlərə Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard deyib.

O bildirib ki, həm Azərbaycan, həm də Aİ yeni, geniş və hərtərəfli hüquqi baza almağı istəyirlər.

M.Mardın sözlərinə görə, tərəflər artıq 25 ildir sıx əməkdaşlıq edirlər, sonuncu saziş 1999-cu ildə qüvvəyə minib və həmin vaxtdan xeyli dəyişikliklər baş verib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO