Aeroport şosesinin bir hissəsində avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq

Bu gün Aeroport şosesinin bir hissəsində avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev Trend-ə bildirib ki, Aeroport şosesinin Heydər Əliyev Beynəlxalq Hava Limanından “Buta Palace”-a qədər olan hissəsində üfüqi nişanlanma xətlərinin çəkilməsi işləri ilə əlaqədar avtomobillərin hərəkəti bu gün saat 11:00-dan qismən məhdudlaşdırılacaq.

“Buta Palace”-dan Sabunçu Yol Qovşağına qədər olan hissədə isə analoji işlərlə əlaqədar avtomobillərin hərəkəti eyni vaxtdan tam məhdudlaşdırılacaq.

Təmir işlərinin bu gün saat 17:00-18:00-a qədər başa çatdırılması nəzərdə tutulur.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO