Abdullah Gül Gürcüstana səfəri zamanı Cənubi Qafqazda stabillik məsələsini müzakirə edəcək

Gürcüstan səfəri zamanı Cənubi Qafqazda stabillik məsələsi müzakirə ediləcək. Trend-in “TRT Haber” telekanalına istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında Türkiyə Prezidenti Abdullah Gül bildirib.

Dövlət başçısı qeyd edib ki, səfəri zamanı Cənubi Qafqazda stabilliklə yanaşı, regional təhlükəsizlik və iqtisadi məsələlər də müzakirə olunacaq.

Qeyd edək ki, Gürcüstanda Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin görüşü nəzərdə tutulur.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO