Aİ və Azərbaycan arasında viza rejiminin sadələşdirilməsi üzrə işlər davam edir

Avropa İttifaqı (Aİ) və Azərbaycan arasında viza rejiminin sadələşdirilməsi üzrə işlər davam edir, görüşlər keçirilib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Roland Kobia deyib.

“Əslində dünən və bu gün Brüsseldə bununla bağlı görüşlər keçirilib və bildiyimə görə, bu görüşlər uğurlu keçib və biz viza rejiminin sadələşdirilməsi və readmissiya məsələsi üzrə daha da yaxınlaşırıq. İş tamamilə bitməyib, lakin ümid edirəm ki, nəticələri tez bir zamanda görəcəyik”, – o bildirib.

Kobia qeyd edib ki, bu yaxınlarda Aİ komissarlarının regiona səfərləri də nəzərdə tutulur.

“Yaxın həftələrdə, aylarda komissarların səfərləri planlaşdırılır. Çox güman ki, bu, komissar Füle və komissar Ottingerin səfərləri olacaq, amma başqa komissarlar da ola bilər”, – o deyib.

Kobia səfərlərin tarixini dəqiqləşdirməyib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO