AŞ PA prezidenti: Azərbaycan ilə Avropa Şurası arasında çox yaxşı əməkdaşlıq mövcuddur

AŞ PA prezidenti: Azərbaycan ilə Avropa Şurası arasında çox yaxşı əməkdaşlıq mövcuddur Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycan ilə Avropa Şurası arasında çox yaxşı əməkdaşlıq mövcuddur.

Trend-in məlumatına görə, bunu Azərbaycana səfərə gələn Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) prezidenti Pedro Aqramunt jurnalistlərə bildirib.

O qeyd edib ki, tərəflər arasında heç bir problem yoxdur.

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) prezidenti Pedro Aqramunt bu gün Azərbaycana səfərə gəlib.

Səfərin məqsədi haqqında bildirən P.Aqramunt Azərbaycanda bir sıra yüksək səviyyəlli görüşlər keçirəcəyini, o cümlədən, Milli Məclisin spikeri Oqtay Əsədov, xarici işlər naziri Elmar Məmmədyarovla görüşlər keçirəcəyini söyləyib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO