Yay aylarında Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində atəşkəs 199 dəfə pozulub

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində iyunun ortalarından sentyabrın əvvəlinə kimi 199 dəfə atəşkəs pozulub, Trend News-un məlumatına görə, cümə günü keçirdiyi mətbuat konfransında Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Atəşkəs əldə edildikdən sonra ATƏT intensiv monitorinqlər həyata keçirir. Sabiroğlunun sözlərinə görə, atəşkəs daha çox Xocavənd, Goranboy, Ağdam və Tərtər istiqamətlərində pozulub. Mətbuat xidmətinin rəhbəri bildirib ki, bu il qoşunların təmas xəttində ATƏT tərəfindən cəmi 4 monitorinq keçirilib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO