Türkiyə sülh prosesinə və PKK yaraqlıların ölkədən çıxarılmasına köklənib. Trend-in məlumatına görə, bu barədə cümə günü Rəcəb Tayyib Ərdoğanın çıxışına istinadən “TRT Türk” telekanalı xəbər yayıb.
Ərdoğanın sözlərinə görə, 30 il ərzində Türkiyə müxalifəti və PKK terror təşkilatı bir-birlərini dəstəkləyib.
“Əgər Cümhuriyyət Xalq Partiyası kimi belə siyasət yürüdən təşkilatlar olmasaydı, onda PKK kimi terror təşkilatı da olmazdı”, – Baş nazir bildirib.