Azərbaycan Çində səfirlik binası tikir

Azərbaycanın Çində tikəcəyi səfirlik binasının ərazisi 70 il ərzində Azərbaycana icarəyə veriləcək.

Trend-in məlumatına görə, bununla bağlı Milli Məclisin cümə günü keçirilən iclasında “Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında Azərbaycan Respublikasının Çindəki Səfirliyinin binasının inşası üçün torpaq sahəsindən istifadə haqqında” saziş təsdiqlənib.

İclasda Azərbaycan hökuməti və digər dövlətlərin hökumətləri arasında imzsalanmış sənədlər və bir sıra beynəlxalq sənədlər də ratifikasiya olunub.

İclasda “Azərbaycan və Serbiya arasında dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında” Bəyannamə, “Azərbaycan Respublikası Hökuməti və Serbiya Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında” saziş, “Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında” saziş, “Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında təhlükəsizlik və cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq haqqında” saziş, “Azərbaycan Respublikası Hökuməti və Sloveniya Respublikası Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında” saziş təsdiqlənib.
Həmçinin iclasda “Ay və digər səma cisimləri də daxil olmaqla, kosmik fəzanın tədqiqi və istifadəsi üzrə dövlətlərin fəaliyyət prinsipləri haqqında” müqavilə təsdiqlənib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO