Prezident İlham Əliyev Makedoniyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 18-də Makedoniyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Qoran Taskovskinin etimadnaməsini qəbul edib.
Səfir Qoran Taskovski fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Qoran Taskovski etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.
Səfir Qoran Taskovski Makedoniya Prezidenti Gyorge İvanovun salamlarını dövlətimizin başçısına çatdırdı. Azərbaycanda sürətli iqtisadi inkişaf proseslərinin şahidi olduğunu vurğulayan səfir ölkəsinin də yaxşı iqtisadi göstəricilər qazandığını dedi. O, iqtisadi sahədə əlaqələrimizin genişləndirilməsi üçün iş adamlarının qarşılıqlı səfərlərini təşkil etməyin zəruriliyini qeyd etdi.
Makedoniya Prezidenti Gyorge İvanovla görüşünü məmnunluqla xatırlayan dövlətimizin başçısı ölkələrimiz arasında ikitərəfli əlaqələrin yaxşı səviyyədə olduğunu vurğuladı. İqtisadi sahədə əməkdaşlığı genişləndirməyin vacibliyini qeyd edən Prezident İlham Əliyev qarşılıqlı investisiya qoyuluşunun, ticarət və birgə layihələrin həyata keçirilməsinin və digər sahələrdə imkanların müəyyənləşdirilməsinin önəmini vurğuladı.
Dövlətimizin başçısı Prezident Gyorge İvanovun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Makedoniya dövlətinin başçısına çatdırmağı xahiş etdi.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO