Yaxın günlərdə Azərbaycanın bəzi çaylarında qısamüddətli daşqınların baş verəcəyi gözlənilir. Bunu cümə günü Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev bildirib.
Onun sözlərinə görə, aprelin 20-24-də respublikanın rayonlarında fasiələrlə yağışlı hava şəraiti müşahidə olunacaq. Ayrı-ayrı bölgələrdə yağıntıların bir qədər intensiv olacağı ehtimalı var.
Yüksək dağlıq ərazilərdə yağıntıların sulu qarla müşahidə olunacağı gözlənilir. Bununla əlaqədar aprelin 21, 22 və 23-də çaylarda Böyük Qafqazın çənub yamacındakı və Lənkəran-Astara bölgəsindəki çaylar sululuq artacaq. Bununla əlaqədar həmin çaylardan qısamüddətli daşqınların keçəcəyi proqnozlaşdırılır.
Baş hidroloq bildirib ki, bu gün əksər çaylarda sululuq azalıb. Ancaq buna baxmayaraq, çaylarda yüksək sululuq hələ də davam edir.