Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) orta məktəblərin II sinif dərsliklərinin elmi-metodik monitorinqinin nəticələrini açıqlayıb.
Komissiyanın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə cümə axşamı Trend-ə bildirib ki, II siniflər üzrə “Azərbaycan dili”, “Riyaziyyat”, “Həyat bilgisi” və “İngilis dili” dərsliklərinin istifadəsi məqsədəuyğun hesab edilməyib. TQDK-nın rəyinə görə, həmin dərsliklər yenidən hazırlanmalıdır.
Nağızadə hazırda orta məktəblərin VI sinif dərslikləri üzərində elmi-metodik monitorinqin nəticələrinin aparıldığını deyib.