Azərbaycanda məcburi əməyə cəlbetməyə görə cəzalar sərtləşdiriləcək

Milli Məclisdən Trend-ə verilən məlumata görə, dəyişikliklərə əsasən məcburi əməyə cəlbetməyə görə cəzalar sərtləşdiriləcək.
Dəyişikliklərə görə, yetkinlik yaşına çatmayan şəxsin istismar məqsədi ilə cəlb edilməsi, əldə edilməsi, saxlanılması, gizlədilməsi, daşınması, verilməsi və ya qəbul edilməsi insan alveri hesab ediləcək və bu hərəkətləri törədənlər dörd ildən səkkiz ilədək islah işlərinə cəlb olunacaqlar (indiyədək iki ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılırdı).
Eyni əməllər iki və ya daha çox şəxs barəsində törədildikdə, təkrar törədildikdə, yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə, təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadın barəsində törədildikdə, təqsirkar şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə yeddi ildən on ilədək cəza nəzərdə tutulur (hazırda bu, üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmədir).
Yuxarıda qeyd olunan əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda isə təqsirkar şəxsi doqquz ildən on iki ilədək həbs cəzası gözləyir (hazırda bu, beş ildən on ilə qədərdir).

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO