Bakıda 6 saylı cəzaçəkmə müəssisəsində ” Breyn-Rinq” intellektual oyunu keçirilib.
Ədliyyə Nazirliyinin Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində, aprelin 17-də 6 saylı cəzaçəkmə müəssisəsində məhkumlar arasında “Breyn-Rinq” intellektual oyunu keçirilib.
Oyunun gedişini Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin məsul əməkdaşları da izləyib.
Oyunun sonunda qalib komandalar diplom və hədiyyələrlə mükafatlandırılıblar.