Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi bu ilin mart ayı ərzində bir necə mehmanxana və mehmanxana tipli obyektin fəaliyyəti üçün lisenziya verib.
Nazirlikdən cümə axşamı Trend-ə verilən məlumata görə, ötən ay lisenziyalar fiziki şəxs Qasımov Sucayət Şükür oğluna Masallı rayonu, Qəriblər kəndi ünvanında yerləşən “QALA” istirahət mərkəzi, “FA-NOY” MMC-yə Bakıda yerləşən “Noah`s Ark” mehmanxanası üçün, “Ameritex LLC” MMC-yə Bakıda yerləşən “Meridian” mehmanxanası üçün verilib.