Azərbaycanda bəzi çaylarda sululuq artıb.
Bunu cümə axşamı Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev bildirib.
Onun sözlərinə görə, ötən gün qeydə alınan yağıntılarla əlaqədar Lənkəran-Astara bölgəsindəki çaylarda suyun səviyyəsi 18-33, Böyük Qafqazın cənub yamacından axan, Zərdab rayonu ərazisindəki, Kürün sol qolu olan Qarasuçayda suyun səviyyəsi 39 santimetr artıb.
Kürün yuxarı axınında suyun səviyyəsində 7 , Qanıx çayında 4 santimetr artım qeydə alınıb.
Verdiyev bildirib ki, aprelin 20-dən 24-dən havanaın yenidən qeyri-sabit keçməsi və yağıntılı hava şəraitinin gözlənilməsi ilə əlaqədar əksər çaylarda sululuğun artacağı proqnozlaşdırılır.