Azərbaycanda istedadlı şagirdlərə dərs deyən müəllimlərlə bağlı yeni təkliflər hazırlanıb

Azərbaycan Təhsil Nazirliyinin Təhsil Problemləri İnstitutu istedadlı şagirdlərin təlimi üçün nəzərdə tutulmuş siniflərdə dərs deyən müəllimlərlə bağlı yeni təkliflər hazırlayıb.
İnstitutun direktoru Abdulla Mehrabov Trend-ə bildirib ki, yüksək səviyyəli kadrların məktəbdə fəaliyyəti üçün əlavə stimul yaratmaq məqsədilə həmin siniflərdə dərs deyən müəllimlərə 24 saatdan artıq dərs demək hüququnun verilməsi, bu siniflərdə dərs deyən müəllimlərin əmək haqqının artım faizinin 15-dən 50-100 faizə qaldırılması tövsiyə edilir.
Mehrabov TN-nin bu təkliflərlı razı olduğunu, ancaq onların icrasının yalnız TN-dən asılı olmadığını da söyləyib.
Mehrabovun sözlərinə görə, istedadlı şagirdlərin təlimi üçün 8 zona üzrə liseylər yaradılıb. Bu məktəblərdə 1-4-cü siniflər yoxdur. Ona görə də həmin liseylərdə tədris V sinifdən başlayır. Bu liseylərdə oxuyacaq şagirdlərlə yanaşı, orada dərs deyəcək müəllimlərin də seçimi xüsusi qaydada aparılır.
Mehrabov əlavə edib ki, istedadlı uşaqlar liseylərə qəbul olunarkən test imtahanı və müsahibə keçirilir. Bu şagirdlər üçün əlavə fənlər- məntiq, nitq mədəniyyəti tədris olunur.
İnstitut direktorunun sözlərinə görə, istedadlı şagirdlərin liseylərə qəbulu üçün seçim gələcəkdə də test üsulu ilə aparılmalıdır. Ancaq test təkmilləşdirilə və müsahibə daha təcrübəli müəllimlər tərəfindən aparıla bilər.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO