Azərbaycanda yeyinti sahəsində çalışan 173 sahibkar cərimələnib

Azərbaycanın sanitariya-epidemioloji xidmət orqanları bu ilin yanvar-mart ayları ərzində yeyinti sahəsində işləyən 173 sahibkarı inzibati qaydada cərimələyib.
Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, sahibkarlar yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozduğu, laboratoriya müayinələri gigiyenik normalara cavab verməyən məhsullar istehsal etdiyi üçün cərimələniblər.
Hesabat müddətində 71 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilib, 71 nəfər işdən müvəqqəti kənarlaşdırılıb.
Orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 2329, mikrobioloji göstəricilərinə görə 2105, toksikoloji göstəricilərinə görə 651, radioloji göstəricilərinə görə isə 46 yeyinti məhsulu nümunəsi laboratoriya müayinələrinə cəlb olunub. Nümunələrin 36-da orqanoleptik və fiziki-kimyəvi, 22-də mikrobioloji göstəricilərinə görə normadan kənara çıxma müəyyən olunub.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO