Mayın əvvəlində Avropa İttifaqının (Aİ) Genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Füle Azərbaycana səfər edəcək. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Aİ-nin Azərbaycandakı səfiri Roland Kobia bildirib.
Diplomatın sözlərinə görə, həmçinin, iyunun əvvəlində ölkəmizə Aİ-nin enerji məsələləri üzrə komissarı Günter Ottingerin səfəri gözlənilir.
Ottinger Bakıda enerji məsələlərini müzakirə edəcək.