Nazir Elmar Məmmədyarov ABŞ dövlət katibi Con Kerriyə başsağlığı məktubu ünvanlayıb

Xarici işlər naziri Elmar Məmmədyarov Əfqanıstanda xidmət aparan gənc ABŞ diplomatı En Smedinqofun faciəvi ölümü ilə bağlı bu ölkənin dövlət katibi Con Kerriyə başsağlığı məktubu ünvanlayıb.

Trend-in XİN-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, məktubda nazir Elmar Məmmədyarov hər bir diplomatın dünyada sülh və sabitliyin təşviq olunmasında vasitəçi olduğunu vurğulayıb və həyatını itirən ABŞ diplomatının ailəsi və yaxınlarına dərin hüznlə başsağlığı verdiyini bildirib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO