Ankara hesab edir ki, İraqın Türkiyə ilə siyasi yaxınlaşmaq və əməkdaşlığın möhkəmləndirilməsi istəyi inandırıcı deyil. Trend-in məlumatına görə, bu barədə Türkiyə XİN rəhbəri Əhməd Davudoğlunın çıxışına istinadən “TRT Haber” telekanalı xəbər yayıb.
“İraqın Baş naziri Nuri əl-Malikinin Türkiyə ilə münasibətləri möhkəmləndirmək istəyi barədə sözləri bizə inandırıcı gəlmir. Bu əl-Malikinin özünəməxsus manevridir”, – Davudoğlu bildirib.
XİN rəhbərinin sözlərinə görə, İraq höküməti, ilk növbədə ölkə rejimini demokratikləşdirməli, bütün etnik qrupların dinc şəkildə yaşaması üçün lazımı şərait yaratmalıdır.
Ötən həftə əl-Malikinin rəsmi saytında yerləşdirilən bəyanatda bildirilib ki, İraq əsasını ümumi xeyir, qarşılqlı hörmət və mehriban qonşuluq münasibətləri təşkil edən siyasi yaxınlaşmanı razılıqla qarşılayır.