Hotellərin əməkdaşları üçün video treninq hazırlanıb

DAIR Kiçik Otellərin və Restoranların İnkişafına Kömək İctimai Birliyi 2009-cu ildən fəaliyyət göstərərək, ölkə turizm sənayesinin əsasını təşkil edən otelçiliyinin və restoran biznesinin maraqlarını dəstəkləyir, onların inkişafı istiqamətində, peşə təhsili və təlimi yolunda, dünya turizm sənayesində bərqərar olmuş standartların tətbiqi, otelçilərin və restoran işçilərinin marifləndirilməsi və peşə biliklərinin artırılması sahəsində bir çox işlər aparmaqdadır.
Təşkilatın məqsədləri çərçivəsində ölkənin otelçilik və restoran sektorunun dünya turizm sənayesinə inteqrasiyası, turizm subyektlərinin təklif etdikləri malların və xidmətlərin, o cümlədən onların nəaliyyətlərinin daha geniş kütlələrə çatdırılması istiqamətində apardığımız işlərlə ölkənin ictimai həyatı və adı gedən biznes sahəsinin formalaşması və inkişafı prosesinə öz töhfəmizi gətiririk. Bununla yanaşı təşkilatın “Baku Hotels and Restaurants Guide” bələdçisi nəşr olunaraq xarici qonaqların və turistlərin məlumatlandırılması istiqamətində fəaliyyət göstərməkdədir.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən elan edilmiş qrant müsabiqəsinin qalibi olaraq Otellərin Ön Büro (Front Office) əməkdaşları üçün video treninq hazırlayaraq ölkədə ilk dəfə belə bir təcrübənin həyata keçirilməsinə nail olmuşuq. Video treninq otelçilik sahəsində çalışan, bu peşə üzrə təhsil alan və digər maraqlı insanlar üçün faydalı və səmərəli material olaraq davamlı layihə xarakterli və bununla yanaşı peşə təhsili sahəsində ilk təcrübədir. Bildiyimiz kimi otellərin idarəedilməsi və onların fəaliyyəti çoxşaxəli və geniş sahə olduğundan bu peşəni seçən insanlarda yalnız bir video materialla kifayət qədər bilik yaratmaq mümkün deyir. Məhz bu səbəbdən Yemək və İçkilər (Food and Beverages), Təmizlik (Housekeeping), Təhlükəsizlik (Security), İnformasiya Texnologiyaları və digər istiqamətlər üzrə video təlimlər hazırlanmaqdadır.
Ön Büronun idarəedilməsi çərçivəsində qonaqların qəbulu və xidməti bölməsinin (Reception) işinə həsr edilmiş video treninq bu bölmənin əməkdaşlarının davranış qaydalarını, geyim və gigiyena əsaslarını, sifarişlərin qəbulu və idarəedilməsi, qonaqların qəbulu və qeydiyyatı, ödənişlərin aparılması qaydalarını və digər vacib məqamları açıqlayır. Hazırlanmış video təlimin peşə sahəsində çalışan mütəxəssislərə, tələbələrə, müəllimlərə və digər maraqlı auditoriyaya elektron formatda yayılması nəzərdə tutularaq ondan faydalanma prosesini əlverişli edir. Video treninqın rejissoru Azərbaycan Respublikası Xalq Artisti, Prezident Mükafatçısı Mərahim Fərzəlibəyov, aparıcı və ssenari müəllifi JW Marriott Absheron otelinin Satış üzrə Meneceri Nisə Əliyeva, layihənin rəhbəri Kiçik Otellərin və Restoranların İnkişafına Kömək İctimai Birliyinin Sədri, Bakı Dövlət Universitetinin Xarici Ölkələrin İqtisadi Siyasi Coğrafiyası və Turizm kafedrasının müəllimi Samir Babazadədir.
Video treninqin təqdimat mərasimi 12 Aprel, 2013-cü il tarixində Qafqaz Baku City Hotel & Residences, Şamdan restoranında keçiriləcəkdir. Tədbirə Bakı şəhərində və şəhər ətrafında fəaliyyət göstərən bir sıra otellərin və otel tipli müəsissələrin rəhbər əməkdaşları, aidiatlı dövlət və qeyri hökümət təşkilatlarının nümayəndələri, turizm sənayesinə aid digər biznes təşkilatların nümayəndələrı dəvət almışdırlar.
Fürsətdən istifadə edərək video treninqin hazırlanmasını maliyyələşdirən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına, tədbirin sponsorları və təşkilatı dəstəkçiləri UCS Azərbaycan, Qarant Sığorta ASC, M-Pro, İceland, A+A Şirkətlər Qrupu, Qafqaz Baku City Hotel & Residences, Mazarina (Gəncə Şərab 2) şirkətinə, informasiya dəstəkçiləri TREND İnformasiya Agentliyinə, Day.az və Milli.az informasiya portallarına öz dərin minnətdarlığımızı bildiririk.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO