ZAKIR Qaralov Ankara və Parisdə azərbaycanlılara qarşı törədilmiş cinayətlərlə bağlı müraciət ünvanlayıb


Azərbaycanın Baş prokuroru Ankara və Parisdə azərbaycanlılara qarşı törədilmiş cinayətlərlə bağlı həmkarlarına müraciətlər ünvanlayıb.
Respublika Baş Prokurluğunun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 24 fevral 2013-cü il tarixdə Ankara şəhərində Xocalı faciəsinin 21-ci ildönümü ilə bağlı keçirilmiş aksiya zamanı bir qrup ermənipərəst şəxsin hücumuna məruz qalmış tədbir iştirakçılarından 7 nəfəri xəsarət alıb.
Bundan başqa, cari il fevralın 26-da Fransa Milli Assambleyasının binasında Parisdəki Azərbaycan Evinin rəhbəri Mirvari Fətəliyeva və azərbaycanlı tələbə Vüsal Hüseynov da erməni diasporunun üzvləri tərəfindən döyülərək onlara bədən xəsarətləri yetirilib.
Azərbaycanın Baş prokuroru erməni diasporu və ermənipərəst qüvvələrin bu hüquqazidd əməllərini qəti şəkildə pisləyərək Türkiyə və Fransa hüquq mühafizə orqanlarından hadisələrin obyektiv və şəffaf şəkildə araşdırılmasının, təqsirkar şəxslərin cinayət məsuliyyətinə cəlb olunmalarının təmin edilməsi üçün Türkiyənin Yarqıtay Baş prokuroruna, Fransa Ali Məhkəməsi yanında Baş prokurora və Paris Apellyasiya Məhkəməsi yanında Baş prokurora müraciətlər edib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO