Azərbaycanın Baş prokurorunun məktubu Milli Demokratiya İnstitutuna göndərildi


ABŞ-ın Azərbaycandakı səfirliyi ölkənin Baş prokuroru Zakir Qaralovun Milli Demokratiya İnstitutunun (NDI) Azərbaycandakı nümayəndəliyinin fəaliyyəti ilə əlaqədar ABŞ səfiri Riçard Morninqstara ünvanladığı məktubun alınması barədə məlumatı təsdiq edib.
Səfirlikdən Trend-ə bildiriblər ki, məktub baxılması üçün NDI-yə göndərilib.
Diplomatik missiyadan qeyd ediblər ki, NDI-nin fəaliyyəti Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafına və onun ölkədə rolunun fəallaşmasına yönəlib.
Xarici İşlər Nazirliyindəki mənbənin məlumatına görə, Baş prokuror Zakir Qaralov Milli Demokratiya İnstitutunun Azərbaycandakı nümayəndəliyinin fəaliyyəti ilə bağlı Amerika Birləşmiş Ştatlarının səfiri Riçard Morninqstara müraciət edib.
Trend-in məlumatına görə, məktubda deyilir ki, mətbuatda nümayəndəliyin işində mövcud olan nöqsanlarla bağlı dərc olunmuş məqalələr cəmiyyətdə böyük ictimai rezonans doğurub. ProIurorluq orqanlarının apardığı araşdırmalar nəticəsində NDİ-nin ölkəmizdəki nümayəndəliyi tərəfindən öz fəaliyyətinin həyata keçirilməsi zamanı “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında”, “Hüqüqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” və “Qrant haqqında” Azərbaycan Respublikasının qanunlarının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.12.2009-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qeyri-hökumət təşkilatlarının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası”nın tələbləri pozulmaqla, 23.07.2012-ci il tarixə kimi Bakı, Gəncə, Tovuz, Şirvan, Yevlax, Şəki, Xaçmaz və Cəlilabad şəhərlərində ofis və regional məlumat mərkəzlərinin müvafiq qaydada qeydiyyata alınmadan və akkreditə olunmadan fəaliyyət göstərərək qrantlar payladığı, hesabat dövrü başa çatdıqdan sonra illik maliyyə hesabatlarının müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsi kimi qanunsuzluq hallarına yol verildiyi və nümayəndəliyin rəhbəri Alekseys Qriqoryevin Beynəlxalq Bankda açılmış hesabından 02.03.2010-cu il tarixdən 13.12.2012-ci il tarixə kimi olan dövr ərzində 1.007.990,44 ABŞ dolları məbləğində pul vəsaitinin istifadə olunma təyinatı barədə məlumatlar verilmədən nagd şəkildə məxaric olunduğu müəyyən edilib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO