ATƏT-in Bakı ofisi prezident seçkiləri ilə bağlı regionlarda təlimlərin keçirilməsi layihəsinin icrasına başlayır. Bu barədə Trend-ə ATƏT-in Bakı ofisinin rəhbəri səfir Koray Tarqay bildirib.
Onun sözlərinə görə, bununla bağlı artıq Prezident Administrasiyası və Daxili İşlər Nazirliyi ilə razılıq əldə olunub.
“Seminarlar Novruz bayramından dərhal sonra Mərkəzi Seçki Komissiyası ilə birgə regionlarda seçki komissiyaları və vətəndaşlar üçün təşkil ediləcək”, – Tarqay deyib.