Son 10 ildə 4531 adda dərman vasitəsi dövlət qeydiyyatına alınaraq dərman vasitələrinin dövlət reyestrinə daxil edilib.
Trend-in məlumatına görə, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci ildə fəaliyyəti haqqında hesabat”da qeyd edilib ki, respublikada fəaliyyət göstərən apteklərə baxış nəticəsində qanunsuz fəaliyyət göstərən və müvafiq tələblərə cavab verməyən 400-ə yaxın aptekin fəaliyyəti dayandırılıb. İstifadəyə yararsız 100 min qutuya yaxın dərman preparatları aşkarlanaraq müsadirə edilib.
2011-ci ilin yanvar ayından tibb işçilərinin sertifikasiyasına başlanılıb. Bu günə kimi 7 mindən artıq həkim və 4,5 mindən artıq orta tibb işçisi sertifikasiyadan keçib.