Prezident İlham Əliyev Azərbaycan qadınlarının bir qrupunun “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətlərinə görə, 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif edilsinlər:
Cəfərova Səriyyə Müslüm qızı
Əlizadə Lətafət Məmməd qızı
Reyxrudel Larisa Yefimovna
Dövlət başçısının digər sərəncamı ilə Azərbaycan qadınlarının bir qrupuna fəxri adlar verilib.
Sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikasında təhsil, mədəniyyət, memarlıq və jurnalistika sahələrində səmərəli fəaliyyətlərinə görə, 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin:
“Əməkdar Memar”
Hacıyeva Yeganə Ərşad qızı
Həsənova Aybəniz Əşrəf qızı
Məmmədova Zahidə Gülməmməd qızı
Seyfullayeva Nelli Musa qızı
“Əməkdar Jurnalist”
Xəlilova Flora Fətula qızı
“Əməkdar Mədəniyyət İşçisi”
Atakişiyeva Dilarə Muradovna
Heydərova Şeyla Qaçay qızı
Qasımova Valentina Mixaylovna